Əsas məzmuna keç

Əli Əsədov qərar imzalayıb - 13.03.2025

Əli Əsədov qərar imzalayıb - 13.03.2025

bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qeyd olunub ki, qoruq tarix və mədəniyyət üçün xüsusi əhəmiyyət kəsb edən, Ordubadın Şərq memarlıq...

“Ordubad” Dövlət Tarix- Qoruğunun Əsasnaməsi təsdiqlənib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə qərar imzalayıb.

Qeyd olunub ki, qoruq tarix və mədəniyyət üçün xüsusi əhəmiyyət kəsb edən, Ordubadın Şərq ənənələrini özündə yaşadan, zəngin milli ornamenti, özünəməxsus memarlıq üslubu ilə seçilən abidələrinin, arxeoloji obyektlərinin və etnoqrafik materiallarının kompleks şəkildə cəmləşdiyi və dövlət tərəfindən mühafizə edilən ərazidir.

Qoruq Naxçıvan Muxtar Respublikası (MR) Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Qoruq Naxçıvan MR-in büdcəsindən maliyyələşən təşkilatdır, xəzinə hesabına, nazirliyin və öz adının həkk olunduğu möhürə, müvafiq ştamplara və blanklara malikdir və öz emblemi ola bilər.

Xatırladaq ki,“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu Prezidentinin 2024-cü il 21 fevral tarixli 15 nömrəli Sərəncamı ilə yaradılıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…