Operativ Məlumat Mərkəzi

Əli Əsədov Azərbaycanın Belarusdakı səfirliyinə baş çəkib

1 dəq
Paylaş:
Əli Əsədov Azərbaycanın Belarusdakı səfirliyinə baş çəkib

Belarusdakı səfirliyində olub, qarşısında çıxış edərək ikitərəfli münasibətlərin inkişafı üzrə əsas vəzifə və istiqamətləri qeyd edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.

Səfirliyin müşaviri Mahir Hacıyev bildirib ki, Ə.Əsədov görüşdə iki ölkə arasında münasibətlərin səviyyəsindən danışıb.

“Bizim əsas vəzifəmiz iqtisadi əlaqələri etdirməkdir. Səfər zamanı iqtisadi sektoru da əhatə edən bir sıra sənədlərin imzalanması planlaşdırılır”, - o vurğulayıb.

Onun sözlərinə görə, Belarus və Azərbaycan arasında perspektiv inkişaf istiqamətləri kənd təsərrüfatı, həmçinin müxtəlif sahələrdə istehsalın yaradılmasıdır.

“Səfər proqramı genişdir, buraya liftlərin, gübrələrin və s. birgə istehsalı məsələlərinin nəzərdən keçirilməsi daxildir”, - müşavir bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax