Operativ Məlumat Mərkəzi

Ələt-Astara yolunda 3 nəfərin öldüyü qəzanın təfərrüatı açıqlanıb

3 dəq
Paylaş:
Ələt-Astara yolunda 3 nəfərin öldüyü qəzanın təfərrüatı açıqlanıb

Ələt-Astara yolunun 70-ci km-də Federasiyası vətəndaşı U.Kərimovun idarə "Volvo" markalı B082OK06 nömrə nişanlı yük avtomobili qarşıda hərəkət edən Bakı şəhər sakini Fərziyev Məhərrəm Balaxan oğlunun idarə etdiyi "Vaz-21051" markalı 99-NA-636 nömrə nişanlı avtomobillə toqquşub,

Baş Dövlət İdarəsində "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, nəticədə "VAZ-21051" markalı avtomobilin sürücüsü və 2 nəfər sərnişini dünyasını dəyişib:

"İlkin ehtimala görə qəzanın baş verməsinə səbəb yük avtomobili sürücüsünün diqqətsizliyi və "VAZ-21051" markalı avtomobilin sürücüsünün sürət həddi yüksək olan magistral yolda sağ zolaq boş olduğu halda avtomobili sol zolaqla və aşağı sürətlə idarə etməsidir.

Eyni zamanda "VAZ-21051" markalı avtomobilin istismar müddətinin 33 ildən artıq olması, texniki vəziyyətinin müasir tələblərə cavab verməməsi və qəza zamanı böyük əhəmiyyət kəsb edən avadanlıqlarının olmaması bu qəzada ölüm hallarının baş verməsinin əsas səbəblərindəndir".

"Bir daha bütün sürücülərdən yollarda diqqətli olmaları, sürət həddi yüksək olan yollarda sağ zolaq boş olduğu halda avtomobili sol zolaqla və aşağı sürətlə idarə etməmələri, texniki tələblərə cavab verməyən avtomobillərlə magistral yola çıxaraq həm özləri həmdə digər iştirakçıları üçün təhlükə yaratmamaları, xüsusən yay aylarında görünüşü məhdudlaşdıran örtüklərdən istifadə edərək görüş dairələrini məhdudlaşdırmamaları xahiş olunur", - DYP-dən bildirilib

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax