Əsas məzmuna keç

Elektron siqaretlərin reklamı da qadağan edilir

Elektron siqaretlərin reklamı da qadağan edilir

Azərbaycanda siqaretlərin da edilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Milli Məclisin Aqrar , İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə “Reklam haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, Qanunla reklamı qadağan olunan məhsulların siyahısına nikotin tərkibi olmayan elektron siqaretlər də əlavə olunur.

Mövcud qanunvericilikdə narkotik vasitələrin, psixotrop maddələrin, pornoqrafiyanın, tütün və tütün məmulatlarının, Qanunla reklamı qadağan olunan digər məhsulların reklamına yol verilmir.

Qeyd edək ki, bununla yanaşı, yeni layihəyə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi də qadağan olunur.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…