Operativ Məlumat Mərkəzi

Əl-Cəzirə müxbiri: “İsrail mətbuatı susdurmaq üçün jurnalistləri öldürür”

2 dəq
Paylaş:
Əl-Cəzirə müxbiri: “İsrail mətbuatı susdurmaq üçün jurnalistləri öldürür”

Oktyabrın 25-də İsrail ordusunun Qəzzanın şimalında həyata keçirdiyi hücumda , oğlu və qızı da daxil olmaqla bir çox ailə itirən Əl-Cəzirə və onun oğlu Həmzə də jurnalistdir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

“İsrail mətbuatın səsini susdurmaq üçün jurnalistləri öldürür”,-deyə Dahduh qeyd edib.

Dahduh bildirib ki, İsrail Qəzzada törətdiyi soyqırımın eşidilməsinə mane olmaq üçün jurnalistləri də öldürüb.

İsrailin Qəzzada bütün dünyanın gözü qarşısında törətdiyi qırğına diqqət çəkən Dahduh deyib: "İsrail tərəddüd etmədən dinc insanları hədəf alır, uşaqları, qadınları və qocaları öldürür. Jurnalistlər də ayrıseçkilik etmədən hücumlarında hədəfə çevrilirlər. İsrail mətbuatın səsini susdurmaq üçün jurnalistləri öldürür. Müharibə başlayandan indiyədək 123 jurnalist öldürülüb. Bu, həqiqətən də belədir. Çox böyük rəqəmdir. Bu, bütün dünyanın gözü qarşısında baş verən bir həqiqətdir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax