Operativ Məlumat Mərkəzi

Ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanıb - 14.04.2023

1 dəq
Paylaş:
Ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanıb - 14.04.2023

Zaqatala rayonunun Bəhmətli kəndi ərazisində ağacların qanunsuz kəsilməsi barədə müraciəti üzrə rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Zaqatala rayon prokurorluğundan məlumat verilib.

Araşdırma zamanı Bəhmətli bələdiyyəsinin vəzifəli şəxslərinin işə vicdansız və münasibəti nəticəsində qeyd olunan ərazidə ümumilikdə 97 ədəd ağacın qanunsuz kəsilməsi, bununla da təbiətə 200 min manatdan artıq ziyan vurulmasına əsaslı edilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.4 (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə başlanıb.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax