Əsas məzmuna keç

Ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanıb - 07.03.2023

Ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanıb - 07.03.2023

araşdırmalar zamanı Tərtər, Bərdə, Zaqatala, Balakən və Bakı şəhərinin Qaradağ rayonu ərazisində meşə fonduna daxil olmayan, ümumilikdə 198 ədəd ağacın...

Baş Prokurorluğun Cinayət təqibindən icraatlar idarəsində Respublikanın 5 rayonunda hüquqpozmalarla bağlı araşdırma aparılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Baş prokurorluğun məlumatına əsasən xəbər verir ki, araşdırmalar zamanı Tərtər, Bərdə, Zaqatala, Balakən və şəhərinin Qaradağ rayonu ərazisində meşə fonduna daxil olmayan, ümumilikdə 198 ədəd ağacın sahəsini zəbt etməklə qanunsuz kəsilməsi nəticəsində təbiətə 76 min manatdan çox ziyan vurulmasına əsaslı müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) 259.2.3, 259.2.4 (qulluq mövqeyindən istifadə etməklə və külli miqdarda ağac kəsmə) 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə prokurorluq və daxili işlər orqanlarına göndərilib.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…