Əsas məzmuna keç

Əhmədin yayılmış ifadəsi ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

Əhmədin yayılmış ifadəsi ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

Baş Prokurorluq Bakıda ailəsinin 5 üzvünün qətlinə görə saxlanılan Əhməd Əhmədovun mediada yayılmış ifadəsi ilə bağlı açıqlama yayıb. Qurumdan "Operativ...

Baş Prokurorluq Bakıda ailəsinin 5 üzvünün qətlinə görə saxlanılan Əhməd Əhmədovun mediada ifadəsi ilə bağlı açıqlama yayıb.

Qurumdan "Operativ Məlumat Mərkəzi-OMM"-ə daxil olan açıqlamada deyilir:

"Bəzi media subyektləri və istifadəçiləri tərəfindən fevral ayının 13-də bir ailənin 5 nəfər üzvünün qəsdən öldürülməsinə dair üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun guya məhkəmədə ifadənin detalları yayımlanıb.

İctimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən tərəfimizdən qəti şəkildə təkzib olunur.

Qeyd olunan “ifadə”nin məzmunu Əhməd Əhmədovun istintaqı aparan Xətai rayon prokurorluğunda dindirilərkən, eləcə də məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına baxılan zaman məhkəmə iclasında verdiyi ifadə ilə eynilik təşkil etmir.

Odur ki, Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilməmiş və təhrif olunmuş məlumatların ictimailəşməsindən çəkinməyi bir daha xahiş edirik".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…