Operativ Məlumat Mərkəzi

“ƏDV geri al” mexanizmi gözəllik salonları və kosmetoloji mərkəzlərə də şamil olunacaq

2 dəq
Paylaş:
“ƏDV geri al” mexanizmi gözəllik salonları və kosmetoloji mərkəzlərə də şamil olunacaq

“ƏDV geri al” mexanizmi , salonları və kosmetoloji tərəfindən xidmətlərə də şamil olunacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Fiziki şəxs olan istehlakçılar tərəfindən Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax