Operativ Məlumat Mərkəzi

Yük avtomobillərinin ehtiyat hissələrinin idxalı ƏDV-dən azad edilir

1 dəq
Paylaş:
Yük avtomobillərinin ehtiyat hissələrinin idxalı ƏDV-dən azad edilir
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal...

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə yük avtomobillərinin ehtiyat hissələrinin idxalı 2026-cı il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azad ediləcək.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı 2025-ci il yanvarın 1-dən 8 il müddətinə ƏDV-dən azaddır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər