Operativ Məlumat Mərkəzi

Ədliyyə Nazirliyi daha bir partiyaya "yox" dedi

2 dəq
Paylaş:
Ədliyyə Nazirliyi daha bir partiyaya "yox" dedi

Ədliyyə Nazirliyi təkrar qeydiyyatdan keçmək üçün müraciət edən sabiq İlyas İsmayılovun sədri olduğu Partiyasına imtina cavabı verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, partiyanın açıqlamasında qeyd olunub ki, bəzi məsələləri dəqiqləşdirməyə var.

"Ədliyyə Nazirliyi məktubda qeyd edib ki, bəzi üzvlərin məlumatlarında dəqiqləşdirmələr aparmağa ehtiyac var. Ad, soyad və ya doğum tarixlərində səhvlər var. Onları düzəltmək lazımdır. 6200 nəfərdən 2000-ə yaxın belə var. Bunlardan 800-ə yaxın üzvümüzün nömrəsi yoxdur. Onların da telefon nömrələrinin dəqiqləşdirilməsi işi gedir. Ümumiyyətlə, önümüzdəki 1 ay müddətində bu səhvləri aradan qaldıracağıq",- deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, qeydiyyata alınmayanlar sırasında REAL, Müsavat, AXCP, ADP, Ağ partiya, AMİP, Azadlıq və Ümid partiyaları da var.

Ölkədə indiyədək qeydiyyatdan keçən yeganə partiya YAP-dır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax