Operativ Məlumat Mərkəzi

DYP sürücüləri bayram günlərində yollarda daha da diqqətli olmağa çağırıb

2 dəq
Paylaş:
DYP sürücüləri bayram günlərində yollarda daha da diqqətli olmağa çağırıb

Bakı Şəhər Dövlət (DYP) İdarəsi xalqını Novruz münasibətilə təbrik edib.

İdarədən "Operativ Məlumat Mərkəzi-OMM"-ə daxil olan təbrikdə deyilir:

“Əziz həmvətənlər, Novruz bayramı münasibətilə sizi təbrik edir, hər birinizə bahar əhvali-ruhiyyəsi, cansağlığı, səadət, bayram ovqatlı sevinc arzu !

Bayram günlərində xalqımızın bir-birinin evinə qonaq gedib təbrik etməsi kimi gözəl adətinin olduğunu nəzərə alıb, bəzi tövsiylərimizi unutmamağınızı xahiş edirik.

Bütün hərəkət iştirakçılarına, xüsusilə də sürücülərə yollarda diqqətli olmağı, qaydalarına əməl etməyi, yola çıxmazdan əvvəl avtomobillərinizin sazlığını yoxlamağı, piyadalara isə yolu yalnız onlar üçün müəyyən edilmiş təhlükəsiz yerlərdən keçməyi xahiş edirik. Bayram günlərinin yüksək əhvali-ruhiyyədə keçməsi üçün təhlükəsizliyinizə bigənə olmayın!"

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax