Operativ Məlumat Mərkəzi

DYP sürücülərə müraciət edib - 11.05.2024

2 dəq
Paylaş:
DYP sürücülərə müraciət edib - 11.05.2024

Baş Dövlət İdarəsi əlverişsiz ilə bağlı sürücülərə müraciət edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, qarşıdakı günlərdə paytaxta havanın küləkli , yağış yağacağı gözlənilir. Bu, eləcə də hazırda bölgələrdə müşahidə olunan yağışlı hava şəraiti isə yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır. Xüsusilə gecə və səhər saatlarında dumanlı və ya çiskinli hava görünüş məsafəsini məhdudlaşdırır ki, bu da sürücünün digər hərəkət iştirakçılarını, nizamlama vasitələrini vaxtında və aydın görməsinə ciddi maneə yaradır.

"Həftənin şənbə və bazar günləri, xüsusilə respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, sürücülərdən əlverişsiz havada daha diqqətli olmağı, sürət həddini nəzarətdə saxlamağı, nasaz vasitələri ilə yola çıxmaqdan çəkinməyi, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı qaydalarına ciddi əməl etməyi tövsiyə edirik", - deyə məlumatda vurğulanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax