Operativ Məlumat Mərkəzi

DYP dumanlı hava ilə bağlı xəbərdarlıq edib

2 dəq
Paylaş:
DYP dumanlı hava ilə bağlı xəbərdarlıq edib

DİN-in Baş Dövlət İdarəsi dumanlı hava ilə bağlı edib.

İdarədən "Operativ Məlumat Mərkəzi-OMM" xəbərə görə, müraciətdə deyilir:

"Sinoptiklərin məlumatına əsasən yağıntılı və dumanlı hava ilə əlaqədar avtomobil yollarında məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
Dumanlı hava xüsusilə səhər və axşam saatlarında sürücünün görünüş dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, bu da ağırlıq dərəcəsi yüksək olan qəzalara, o cümlədən zəncirvari toqquşmalara zəmin yaradır.

Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlığı nəzərə alaraq, sürücülərdən dumanlı havada sürət həddini minimuma endirməyi, daha çox ara məsafəsi saxlamağı, xarici işıq cihazlarının sazlığından əmin olmağı, ötmə, manevr etmə, dayanma, durma, parklanma zamanı qaydalarına ciddi əməl etməyi xahiş edir."

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax