Operativ Məlumat Mərkəzi

Dövlət qulluğu vəzifələri üzrə 1692 namizəd imtahan verəcək

2 dəq
Paylaş:
Dövlət qulluğu vəzifələri üzrə 1692 namizəd imtahan verəcək
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən noyabrın 6-da dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC altqruplarına və...

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən noyabrın 6-da dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər ) aid AB və AC altqruplarına və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB altqruplarına uyğun vəzifələr üzrə test imtahanları keçiriləcək.

DİM-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, imtahanlar saat 10:00-da və 16:00-da başlanır. Müvafiq olaraq saat 09:45-dən və 15:45-dən sonra gələn imtahana buraxılmırlar. Namizədlərin imtahana vərəqələrində imtahanın yeri, vaxtı, binası və digər zəruri məlumatlar göstərilib.

İmtahana qeydiyyat 2025-ci il oktyabrın 3-dən 23-dək aparılıb və bu müddət ərzində 1692 ərizə təqdim edib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər.

İmtahan elektron formada kompüterlər vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 2 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 2 ümumi rəhbəri, 20 imtahan rəhbəri, 113 nəzarətçi və 18 buraxılış rejimi əməkdaşı ayrılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax