Operativ Məlumat Mərkəzi

Dövlət Komitəsi Xankəndiyə köçlə bağlı məlumatlara aydınlıq gətirib

2 dəq
Paylaş:
Dövlət Komitəsi Xankəndiyə köçlə bağlı məlumatlara aydınlıq gətirib

Son bəzi media subyektlərində və sosial şəbəkələrdə ölkəmizin müxtəlif ərazilərində daimi qeydiyyatda olan və faktiki olaraq yaşayan vətəndaşların da Xankəndiyə və Qarabağın digər məntəqələrinə köçürülməsinin mümkünlüyü, bununla bağlı Dövlət Komitəsində və onun yerlərdəki nümayəndəliklərində yazılı müraciətlərin qəbul edildiyi barədə doğru olmayan yayılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Qaçqınların və Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.

"Bununla əlaqədar olaraq bildiririk, Dövlət Komitəsi yalnız məcburi köçkün vətəndaşların əvvəlki yaşayış yerinə qayıdışı məsələsi ilə məşğul olur və Böyük Qayıdış Proqramı çərçivəsində hazırda bərpa edilən, yenidən tikilən yaşayış məntəqələrinə sakinlərin köçürülməsi aparılır.

Bir daha qeyd edirik ki, Dövlət Komitəsi adından sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti etdirmir", - Dövlət Komitəsindən qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax