Operativ Məlumat Mərkəzi

Bu il Kərkicahan qəsəbəsinə ilk köç olacaq

2 dəq
Paylaş:
Bu il Kərkicahan qəsəbəsinə ilk köç olacaq

Bu il Xankəndi şəhərinin qəsəbəsinə köçkünlərin ilk qrupu köçürüləcək.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin Kərkicahan qəsəbəsinin bir qrup sakini ilə görüşündə məlumat verilib.

O, azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin effektiv qayıdışı ilə əlaqədar İlham Əliyevin tapşırıqlarının icra vəziyyəti barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Qəbulda iştirak edən sakinlər doğma yurda qayıtmağa hazır olduğunu bildirib.

Həmçinin qəbulda iştirak edən vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub. Vətəndaşlara bildirilib ki, müraciətləri və qaldırdıqları məsələlər araşdırılacaq, qanunvericiliyə uyğun şəkildə həll ediləcək.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax