Operativ Məlumat Mərkəzi

Dövlət Departamenti: ABŞ Azərbaycan və Ermənistanın birgə açıqlamasını alqışlayır

2 dəq
Paylaş:
Dövlət Departamenti: ABŞ Azərbaycan və Ermənistanın birgə açıqlamasını alqışlayır

ABŞ və Ermənistanın saxlanılanların dəyişdirilməsini alqışlayır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Millerin müvafiq mövzulu bəyanatında bildirilib.

Ştatlar və Azərbaycanın iki azərbaycanlı və otuz iki erməni saxlanılanın azad edilməsi barədə açıqlamasını alqışlayır. Bu öhdəlik tərəflərin sülh müqaviləsini prosesini yekunlaşdırmaq və münasibətləri normallaşdırmaq üzərində işlədiyi bir vaxtda mühüm etimadın möhkəmləndirilməsi tədbiridir. Biz Əliyevi və Ermənistanın Paşinyanı Cənubi Qafqaz xalqları üçün daha dinc və firavan gələcək üçün zəmin yaratmaq üçün birgə səylərinə görə alqışlayırıq.

Birləşmiş Ştatlar davamlı və ləyaqətli sülhə nail olmaq üçün səyləri güclü şəkildə dəstəkləməyə davam edəcək”, – sənəddə qeyd olunub.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax