Operativ Məlumat Mərkəzi

Dövlət büdcəsinin gəlirləri proqnozu 700 mln. manatdan çox üstələyib

2 dəq
Paylaş:
Dövlət büdcəsinin gəlirləri proqnozu 700 mln. manatdan çox üstələyib

2025-ci ilin yanvar-iyul ayları ərzində dövlət büdcəsinin gəlirləri 23 480,9 edib ki, bu da yeddi aylıq proqnozu 707,9 milyon manat və ya 3,1 faiz üstələyib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Maliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə 10 560,8 milyon manat təşkil proqnozdan 598,0 milyon manat və ya 6,0 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət üzrə daxilolmalar 26,9 milyon manat təşkil edərək proqnozdan 6,9 milyon manat və ya 34,4 faiz, sair daxilolmalar 488,0 milyon manat təşkil edərək proqnozdan 323,3 milyon manat və ya 2,96 dəfə çox və Dövlət Neft Fondundan transfert isə 8 447,3 milyon manat təşkil edərək proqnoza qarşı 100,0 faiz icra edilib.

Eyni zamanda, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 3 589,2 milyon manat təşkil edərək proqnozdan 102,8 milyon manat və ya 2,8 faiz az, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 368,7 milyon manat təşkil edərək proqnoza qarşı 117,5 milyon manat və ya 24,2 faiz az icra olunub.

Dövlət büdcəsinin xərcləri isə 2025-ci ilin 7 ayı ərzində 20 586,9 milyon manat proqnoza qarşı 19 944,6 milyon manat məbləğində icra edilib ki, bu da 96,9 faiz təşkil edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax