Əsas məzmuna keç

Dövlət başçısı Latviyanın keçmiş Prezidentinə başsağlığı verib

Dövlət başçısı Latviyanın keçmiş Prezidentinə başsağlığı verib

İlham Əliyev və Respublikasının Birinci vitse-prezidenti Latviya Respublikasının keçmiş Prezidenti, Nizami Gəncəvi Mərkəzinin həmsədri Vayra Vike-Freyberqaya başsağlığı verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, başsağlığında deyilir:

"Zati-aliləri,

yoldaşınız, ömür-gün dostunuz İmants Freyberqsin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.

Sizinlə birlikdə, çiyin-çiyinə böyük həyat yolu keçmiş İmants Freyberqs hər zaman Sizin yanınızda olmuş sadiq silahdaşınız idi.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyirik".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…