Operativ Məlumat Mərkəzi

Dövlət ali təhsil müəssisələrinin Elmi Şurası haqqında Əsasnamə təsdiqlənib

2 dəq
Paylaş:
Dövlət ali təhsil müəssisələrinin Elmi Şurası haqqında Əsasnamə təsdiqlənib

Dövlət müəssisəsinin Elmi Şurası haqqında Əsasnamə təsdiqlənib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in əldə etdiyi məlumata görə, bununla bağlı Elm və Təhsil Nazirliyinin kollegiyası qərar qəbul edib.

Əsasnamə dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) Elmi Şuranın yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydasını müəyyən edir.

Şura ali təhsil müəssisəsinə ümumi rəhbərliyi həyata keçirən ali idarəetmə orqanı olmaqla ictimai əsaslarla göstərir.

Ali təhsil müəssisəsinin strateji istiqamətlərinə uyğun olaraq onun elm və təhsil fəaliyyətinin və koordinasiya edilməsi, dövlətin, cəmiyyətin, elmin və təhsilin müasir inkişaf istiqamətlərinə uyğun olaraq müəssisədə təhsil və tədqiqat mühitinin formalaşdırılması, müəssisənin elmi-pedaqoji potensialının inkişafı və kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi sahəsində fəaliyyətinin təşkil edilməsi və müəssisənin əlaqələrinin möhkəmləndirilməsi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi Şuranın fəaliyyət istiqamətləri kimi müəyyənləşib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax