Operativ Məlumat Mərkəzi

Dövlət Agentliyi həkimlərin əməkhaqqı məsələsinə aydınlıq gətirib

3 dəq
Paylaş:
Dövlət Agentliyi həkimlərin əməkhaqqı məsələsinə aydınlıq gətirib

Son günlər dövlət tibb müəssisələrində çalışan həkimlərin əməkhaqları ilə bağlı ictimaiyyətdə yanlış təsəvvür yaradan məlumatlar yayılır.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, İcbari üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova səhiyyə işçilərinin, o cümlədən həkimlərin əməkhaqları ilə bağlı səsləndirilən fikirlərə gətirib.

Onun sözlərinə görə, icbari tibbi sığorta sisteminin tətbiqindən sonra “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na uyğun olaraq səhiyyə işçilərinin xidməti fəaliyyəti iqtisadi və kəmiyyət göstəricilərinə görə qiymətləndirilir.

Səhiyyə işçilərinin, xüsusilə həkimlərin əməkhaqları təkcə müayinələr qarşılığında bonuslardan və ya ödənişlərdən ibarət deyil. Həkimlərin əməkhaqları bir neçə mənbədən formalaşır: Aylıq vəzifə (tarif) maaşı, aylıq sabit həvəsləndirici , işin nəticəsinə görə həvəsləndirici əlavələr (bonus), əmək şəraitinə görə ödənilən əlavə və qanunvericiliklə nəzərdə tutulmuş digər ödənişlər.

Belə ki, həkimlərin aylıq vəzifə (tarif) maaşı 9-15 dərəcə arasında dəyişərək 478-607 manat, aylıq sabit həvəsləndirici əlavəsi isə 800 manat təşkil edir. Bununla yanaşı, həkimlər işin nəticəsinə görə həvəsləndirici əlavələr - yəni bonus da alırlar.

Aynurə Əhmədova bildirib ki, həkimlərin əməkhaqlarından danışıldıqda ən çox müzakirə edilən bonuslar məsələsinə xüsusilə aydınlıq gətirmək lazımdır: “Həkimlərə verilən bonuslar göstərilən tibbi xidmətin tarifinə görə dəyişir. Tibbi xidmətlərin tarifləri Zərfi ilə tənzimlənir. Xidmətlər Zərfində ambulator şəraitdə göstərilən xidmətlərin tarifi 3-295 manat arasında dəyişir. Cərrahi tibbi xidmətlər üzrə tariflər isə 10-24 000 manat arası təşkil edir. Bu icra edilən cərrahi prosedurun mürəkkəbliyindən və istifadə edilən tibbi sərfdən asılıdır”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax