Operativ Məlumat Mərkəzi

Dövlət Agentliyi abituriyentlərə və valideynlərə müraciət etdi

2 dəq
Paylaş:
Dövlət Agentliyi abituriyentlərə və valideynlərə müraciət etdi

Elm və üzrə Dövlət Agentliyi abituriyentlərə və onların valideynlərinə müraciət edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, müraciətdə deyilir:

“Hörmətli ,

Ali təhsil müəssisələrinə qəbul nəticələri hər kəsin gözləntilərinə tam uyğun gəlməyə bilər. tələbə adını qazanmağın sevincini yaşayır, digərləri isə hələ bu arzusuna nail olmayıb. Lakin hər iki halda vacib olan gələcəyə ümidlə baxmaq, düzgün vermək və məqsədyönlü şəkildə irəliləməkdir.

Təhsil və peşə seçimi həyatın ən mühüm qərarlarından biridir. Gənclərimiz orta ixtisas və ya peşə təhsilinə yönələ, həmçinin qəbul imtahanlarına növbəti ildə daha ciddi hazırlaşaraq istədikləri nəticəni əldə edə bilərlər.

Xaricdə təhsil imkanlarını nəzərdən keçirərkən isə bir sıra mühüm məqamlara diqqət yetirmək zəruridir. Ən vacib məqam hər bir elana inanmamaq və asan yollara əl atmamaqdır. Bu məsələyə etinasız və tələsik yanaşmaq gələcəkdə diplomun tanınmaması, təhsilin yarımçıq qalması və digər ciddi fəsadlara səbəb ola bilər. Bu səbəbdən seçiləcək ali məktəbin akkreditasiyası, diplomun ölkəmizdə tanınması, həmçinin təhsil və yaşayış xərclərinin ailə büdcəsinə uyğunluğu əsas meyar kimi nəzərə alınmalıdır.

Unutmayın ki, bu gün qəbul etdiyiniz qərarlar sabahınızın uğurunu müəyyənləşdirir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax