Əsas məzmuna keç

“Dondurulmuş Rusiya aktivlərindən istifadə sülh prosesinə mane ola bilər”

“Dondurulmuş Rusiya aktivlərindən istifadə sülh prosesinə mane ola bilər”

bu barədə Belçikanın xarici işlər naziri Maksim Prevost "Politico" nəşrinə açıqlama verib.Prevost bildirib ki, dondurulmuş aktivlər danışıqlarda mühüm...

Qərbdə Rusiyaya məxsus suveren aktivlərdən istifadə etməklə Aİ-nin Ukraynaya verməyi planlaşdırdığı təzminat krediti Ukrayna münaqişəsinin həlli prosesinə mənfi təsir göstərə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Belçikanın naziri Maksim Prevost "" nəşrinə açıqlama verib.

Prevost bildirib ki, dondurulmuş danışıqlarda mühüm rol oynaya bilər və Aİ-nin atacağı addımlar sülh planına maneə yaratmamalıdır:

Artıq aydındır ki, bu aktivlər sülh planında həlledici rol oynaya bilər. Hərəkətlərimiz sülh prosesinə maneələr törətməməlidir”.

Nazir Aİ rəhbərliyinin Ukraynaya davamlı maliyyə dəstəyi mexanizmi yaratmaq əvəzinə “riskləri tam anlamadan” Rusiya aktivlərindən istifadəyə israr etməsindən narazılığını da ifadə edib.

Bu mövzu Brüsseldə gərginlik yaradıb. "Politico" yazır ki, Avropa rəsmiləri və diplomatları Belçikanın, xüsusən də Bart de Veverin mövqeyindən ciddi narahatdırlar. De Vever Aİ Komissiyasına məktub göndərərək xəbərdarlıq edib ki, aktivlərin müsadirəsi sülh razılaşması prosesinə zərbə vura bilər.

Nəşrin mənbələrinə görə, Belçikanın bu yanaşması Aİ-nin Rusiyaya təzyiq xəttindən kənara çıxması kimi qiymətləndirilir.

Həmçinin qeyd olunur ki, ABŞ administrasiyasının bəzi nümayəndələri də Rusiya ilə danışıqlara açıqdır və bu səbəbdən aktivlərin müsadirəsini məqsədəuyğun hesab etmirlər.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…