Operativ Məlumat Mərkəzi

Dmitri Medvedev Prezident İlham Əliyevə məktub ünvanlayıb

2 dəq
Paylaş:
Dmitri Medvedev Prezident İlham Əliyevə məktub ünvanlayıb

Rusiya Federasiyasının Şurası sədrinin müavini Dmitri Medvedev İlham Əliyevə məktub ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu!

Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin atanız dünya tarixində görkəmli siyasi xadim, müasir dövlətçiliyinin rəmzi kimi tanınıb. O, öz xalqının layiqli oğlu olaraq, yeni Azərbaycanın – aləmdə müstəqil və praqmatik siyasətini həyata keçirən güclü, firavan respublikanın hazırkı inkişaf istiqamətinin əsasını qoymuşdur.

Rusiyada arasında mehriban qonşuluq münasibətlərinin davamlı inkişafına Heydər Əliyevin böyük şəxsi töhfəsini yüksək qiymətləndirirlər.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və bundan sonra da müvəffəqiyyətlər, bütün Azərbaycan xalqına isə sülh və rifah arzulayıram”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax