Operativ Məlumat Mərkəzi

DİN: Vətəndaş satışa çıxardığı qida məhsullarını qəsdən dağıdıb

2 dəq
Paylaş:
DİN: Vətəndaş satışa çıxardığı qida məhsullarını qəsdən dağıdıb

Paytaxtın Yasamal rayonunda küçə ticarəti ilə olan şəxs satışa çıxardığı məhsullarının tərəfindən dağıdıldığını iddia edərək və internet TV kanallarından birinə müsahibə verib.

Bu barədə DİN-in xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, küçə ticarəti ilə məşğul olan Vüqar Əzizovun iddiaları şəxsi mülahizələrdir. O, əsasən hərəkətin sıx və intensiv olduğu küçədə, piyada yolunda qanunsuz küçə ticarəti ilə məşğul olmağa cəhd göstərib. V. bu əməlləri ilə hüquqazidd hərəkətlərini davam etdirərək satışa çıxardığı qida məhsullarını qəsdən dağıdıb.

Qeyd edək ki, onunla dəfələrlə profilaktik iş aparılmasına və müvafiq icra hakimiyyəti əməkdaşları tərəfindən qanunla müəyyən olunan yerlərdə ticarət aparması təklif olunsa da imtina edib.

Polis əməkdaşları tərəfindən onun qanunsuz əməllərinin qarşısı alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax