Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

DİN velosiped və skuter sürücülərini yol hərəkəti qaydalarına riayət etməyə çağırıb

2 dəq
Paylaş:
DİN velosiped və skuter sürücülərini yol hərəkəti qaydalarına riayət etməyə çağırıb

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İtellektual İdarəetmə Mərkəzi sürücülərinə müraciət edib.

DİN-dən “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən məlumata görə, müraciətdə onların əks istiqamətdə hərəkət etməməli və svetoforun qadağanedici siqnalı yandıqda dayanmalı olduqları qeyd edilib.

Həmçinin bildirilib ki, bu cür vasitələrindən istifadə zamanı qaydalara əməl olunmaması yollarda qəza şəraitinin yaranmasına səbəb olur:

"Yaz-yay aylarında velosiped və skuter kimi ikitəkərli vasitələrindən istifadə edənlərin sayı artır. Qanun tələb edir ki, velosipedlər, asma mühərrikli velosipedlər və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri yalnız yolun sağ kənar zolağında, yol nişanları və ya yol nişanlanmasının tələblərinə etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər. Velosipedlərin yol çiyini ilə hərəkətinə isə piyadalar üçün maneə yaratmamaq şərti ilə icazə verilir. Bu cür nəqliyyat vasitələrini idarə edənlər bilməlidir ki, velosiped yolu olduğu halda, onun yanındakı yolla hərəkət etmək də qanunla qadağandır".

Əlavə edilib ki, yolayrıcından kənarda yolun velosiped yolu ilə nizamlanmayan kəsişməsində velosiped sürücüləri bu yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər: "Piyada keçidlərində isə yolu keçərkən nəqliyyat vasitəsindən düşərək piyadalar kimi hərəkət etməlidirlər".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax