Operativ Məlumat Mərkəzi

DİN ikitəkərli nəqliyyat sürücüləri ilə bağlı tədbirləri davam etdirir - 29.07.2025

2 dəq
Paylaş:
DİN ikitəkərli nəqliyyat sürücüləri ilə bağlı tədbirləri davam etdirir - 29.07.2025

Polis əməkdaşları tərəfindən ərazisində ikitəkərli vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, tədbirlər zamanı qaydalarını pozan, sürət həddini aşan, təhlükəli manevrlər edən sürücüləri müəyyən olunur, onlarla maarifləndirici söhbətlər aparılır.

Sürücülərə qanunvericiliyin tələbləri izah edilərək qayda pozuntularının digər hərəkət iştirakçılarının həyat və sağlamlığına ciddi təhlükələr yaratdığı diqqətə çatdırılır.

Bu cür neqativ hərəkətlərə yol verən moped və motosiklet sürücülərinə qarşı vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax