Əsas məzmuna keç

DİN Gədəbəydə baş verən hadisələrlə bağlı açıqlama yaydı

DİN Gədəbəydə baş verən hadisələrlə bağlı açıqlama yaydı

Gədəbəydə süni gölün tikintisinə qanunsuz müdaxilə edənlərə qarşı polis əməliyyat keçirdi.

Bu gün günorta saatlarında rayonu Söyüdlü kəndində bir şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə qanunsuz müdaxilə edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in xidmətindən bildirilib ki, həmin şəxslərə dəfələrlə xəbərdarlıq edilməsinə, izahedici söhbətlər aparılmasına baxmayaraq, onlar qeyd olunan əraziyə toplaşıblar.

Onlar polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq daşla, küt alətlərlə bir neçə fəhləyə xəsarət yetirib və əməkdaşlarına qarşı müqavimət göstərməyə cəhd ediblər. Görülmüş tədbirlərlə qanunsuz aksiyanın iştirakçıları ərazidən uzaqlaşdırılıblar.

O ki qaldı videogörüntülərdə polis əməkdaşının qadınlardan birinə gözyaşardıcı qaz tətbiq etməsi ilə əlaqədar DİN-in bir qrup əməkdaşı Gədəbəy rayonuna ezam olunub. Həmin fakt üzrə yoxlama aparılır.

Xidməti yoxlamanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcəkdir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…