Operativ Məlumat Mərkəzi

DİN Ermənistanla matçda Azərbaycan Bayrağına göstərdiyi ehtirama görə türkiyəli polisi təltif edib

1 dəq
Paylaş:
DİN Ermənistanla matçda Azərbaycan Bayrağına göstərdiyi ehtirama görə türkiyəli polisi təltif edib

Sentyabrın 8-də UEFA 2024 Avropa Çempionatının - matçında stadiona gələn azarkeşlərin yoxlanışında Bayrağına göstərdiyi ehtirama görə Türkiyə Daxili İşlər Nazirliyinin (DİN) Düzcə Emniyət Müdirliyinin polis məmuru Ramazan Şahin Azərbaycan Respublikası DİN tərəfindən təltif edilib.

DİN-in mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"ə bildirilib ki, naziri, general-polkovnik Vilayət Eyvazov Azərbaycan-Türkiyə dövlətləri arasında qardaşlıq və dostluğun rəmzi olaraq R.Şahinin “ Əməkdaşlığa Görə” döş nişanı ilə təltif edilməsi haqqında əmr imzalayıb.

DİN əməkdaşları Türkiyəyə gedərək təltif medalını və xatirə hədiyyələrini Emniyət Müdiri İbrahim Ergüdərin iştirakı ilə R.Şahinə təqdim ediblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax