Əsas məzmuna keç

DİM: Universitetlərə yerləşdirmənin nəticələri gələn həftə elan olunacaq

DİM: Universitetlərə yerləşdirmənin nəticələri gələn həftə elan olunacaq

müəssisələrinə yerləşdirmənin nəticələrinin növbəti həftənin əvvəlində elan olunması nəzərdə tutulur.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət İmtahan Mərkəzindən bildirilib.

Qeyd olunub ki, hazırda müsabiqə nəticələrinin emalı davam edir və ümumi müsabiqədən əvvəl ali təhsil müəssisələrinə (xüsusi təyinatlı təhsil müəssisələri, – Fransız Universiteti, İ.M. Birinci Moskva Dövlət Tibb Universitetinin filialı, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və s.) yerləşdirilənlərin, o cümlədən müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunanların siyahıları dəqiqləşdirilir.

Məlumata görə, proses müəyyən qədər vaxt tələb etdiyindən müsabiqə nəticələrinin növbəti həftənin əvvəlində elan olunması nəzərdə tutulur.

Xatırladaq ki, 86 min 468 abituriyent bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə elektron ixtisas seçimi ərizələrini təsdiqləyib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…