Operativ Məlumat Mərkəzi

DİM 500-dək şagird üçün əlavə imtahan keçirib

1 dəq
Paylaş:
DİM 500-dək şagird üçün əlavə imtahan keçirib

Dövlət İmtahan Mərkəzi (DİM) 2024-cü ildə keçirilmiş imtahanlarında üzrlü səbəbdən iştirak edə 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında verənlər üçün sentyabrın 8-də əlavə imtahan keçirib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİM-ə istinadən xəbər verir.

Bundan başqa, (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı veriblər.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunub.

İmtahanların idarə olunması üçün 8 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 51 nəzarətçi, 7 buraxılış rejimi (mühafizə) əməkdaşı, 6 bina nümayəndəsi ayrılıb.

Sentyabrın 9-dan DİM-də imtahan materiallarının emalına başlanılacaq. İmtahanların nəticələri yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması başa çatandan sonra – 5 gün ərzində elan olunacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax