Operativ Məlumat Mərkəzi

DGK külli miqdarda narkotikin keçirilməsinin qarşısını aldı

1 dəq
Paylaş:
DGK külli miqdarda narkotikin keçirilməsinin qarşısını aldı

Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən ərazisindən keçməklə İrandan Rusiyaya “alma” yükü aparan vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə gömrük baxışı keçirilərkən 31 kq 805 qr - marixuana aşkar olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir.

Məlumata görə, yoxlamaya nəqliyyat vasitəsinin qoşqusunun təsvirlərində şübhəli cizgilər müşahidə olunduğundan yük kinoloji xidmət iti cəlb edilib.

Yoxlama zamanı itin reaksiyasına əsasən 12 paletin altlığında gömrük nəzarətindən gizlədilmiş düzbucaqlı formalı 105 bağlamada xalis çəkisi 31 kq 805 qr narkotik vasitə - marixuana aşkar olunub.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax