Operativ Məlumat Mərkəzi

Dərnəgül massivində fəaliyyət göstərməyən zavod ərazisində yanğın olub

1 dəq
Paylaş:
Dərnəgül massivində fəaliyyət göstərməyən zavod ərazisində yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar xəttinə Bakı şəhəri, Nərimanov rayonu, yaşayış massivində , hazırda zavod ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində zavodun ərazisində 50 kvadratmetr sahədə müxtəlif tərkibli tullantılar yanıb.

Ərazidəki tikililər, habelə 4 ədəd qaz balonu yanğından mühafizə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax