Operativ Məlumat Mərkəzi

Dərman təminatı və kompensasiya mexanizmlərini tənzimləyən yeni qaydalar müəyyənləşib

2 dəq
Paylaş:
Dərman təminatı və kompensasiya mexanizmlərini tənzimləyən yeni qaydalar müəyyənləşib

Respublikasının tərəfindən əhalinin dərman vasitələrinə əlçatanlığını artırmaq, sistemində şəffaflığı və maliyyə dayanıqlığını gücləndirmək məqsədilə dərman təminatını yeni qaydalar təsdiq edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Nazirlər Kabinetindən xəbər verilib.

Yeni mexanizmə əsasən sığortaolunlar ambulator şəraitdə istifadə olunan bir sıra dərman vasitələrini artıq icbari tibbi sığorta hesabına əldə edə biləcəklər. Bu dərman vasitələrinin siyahısı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təsdiqlənəcək “Pozitiv siyahı” ilə müəyyən ediləcək. Bu siyahıya daxil olan hər təsiredici maddə ( patentləşdirilməmiş ad) üzrə ən aşağı qiymətə malik dərman vasitəsinin dəyəri, müəyyən olunmuş müştərək maliyyələşmə məbləği kimi nəzərə alınmaqla tam şəkildə icbari tibbi sığorta hesabına ödəniləcək. Eyni təsiredici maddəyə malik, lakin daha yüksək qiymətli dərman seçildikdə isə yaranan qiymət fərqi sığortaolunan tərəfindən qarşılanacaq.

Həmçinin “Pozitiv siyahı” hər rüb yenilənərək İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində dərc olunacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax