Operativ Məlumat Mərkəzi

Deputat: “Konstitusiyanın 30 illiyində yubiley medalının təsis edilməsi rəmzi və qürurverici hadisədir”

2 dəq
Paylaş:
Deputat: “Konstitusiyanın 30 illiyində yubiley medalının təsis edilməsi rəmzi və qürurverici hadisədir”

“İlk dəfədir ki, Konstitusiyanın 30 illiyində həm də medalı təsis olunur. Hesab edirəm ki, bu, həm də rəmzi məna daşıyır. Çünki Konstitusiyamızın preambulasında bəyan olunmuş xalqın ən vacib niyyəti – ərazi bütövlüyü və suverenliyi təmin etmək – məhz indi, 30 illik yubiley ərəfəsində reallaşıb. Bu, çox qürurverici bir hadisədir və yubiley medalının təsis olunması da təqdirəlayiq haldır”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Əli Məsimli Milli Məclisin iclasında müzakirələr zamanı bildirib.

Əli Məsimli vurğulayıb ki, yubiley medalı mövcud orden və medallar sistemində formalaşmış ənənələrə tam uyğundur:

“Medalla təltif ediləcək şəxslərin dairəsi birinci maddədə göstərilib. Konstitusiyanın hazırlanmasında, təkmilləşdirilməsində və qəbul edilməsində iştirak etmiş şəxslər, eləcə də dövlət müstəqilliyinin möhkəmləndirilməsində və dövlət qarşısında xüsusi olan şəxslər nəzərdə tutulur. Medalın təsvirində Dövlət Rəmzləri – həm gerb, həm də bayraq əks olunub. Bu baxımdan, hesab edirəm ki, belə bir yubiley medalını təsis etməklə Konstitusiya və Suverenlik ilinə öz növbəti töhfəsini vermiş olacaq”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax