Operativ Məlumat Mərkəzi

Denis Beçiroviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

2 dəq
Paylaş:
Denis Beçiroviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü İlham Əliyevə ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbət verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və dost xalqına Bosniya və Herseqovinanın vətəndaşları adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan şərəf və məmnunluq duyuram. Sizə davamlı tərəqqi, sülh və firavanlıq arzulayıram.

Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında möhkəm dostluq əlaqələrinin və qarşılıqlı hörmətin olduğunu vurğulamaqdan məmnunluq duyuram.

Mən ölkələrimizin və xalqlarımızın qarşılıqlı rifahı naminə əməkdaşlığımızı bundan sonra da möhkəmləndirmək və dərinləşdirmək üçün birgə səylər göstərəcəyimizə əminəm.

Sizə və Azərbaycan Respublikasının vətəndaşlarına ən xoş arzularımı bildirirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax