Əsas məzmuna keç

İsrail ordusu Dəməşqdə Suriya Silahlı Qüvvələrinin Baş Qərargahına zərbə endirib - YENİLƏNİB 2

İsrail ordusu Dəməşqdə Suriya Silahlı Qüvvələrinin Baş Qərargahına zərbə endirib - YENİLƏNİB 2

zərbə Dəməşq bölgəsində Suriya Silahlı Qüvvələrinin Baş Qərargah kompleksinə endirilib. "İsrail Silahlı Qüvvələri Suriyanın cənubunda rejimin druzlara...

İsrail ordusunun Suriyanın paytaxtı Dəməşqə endirdiyi nəticəsində iki mülki şəxs xəsarət alıb.

Bu barədə “Report” mediasına istinadən xəbər verir.

***

İsrail Müdafiə Ordusu (IDF) bir müddət əvvəl ölkənin silahlı qüvvələrinin Suriyanın paytaxtı Dəməşqə zərbə endirdiyini təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" ordunun xidmətinə istinadən xəbər verir ki, zərbə Dəməşq bölgəsində Suriya Silahlı Qüvvələrinin Baş Qərargah kompleksinə endirilib.

"İsrail Silahlı Qüvvələri Suriyanın cənubunda rejimin druzlara qarşı hərəkətlərini və hadisələrin inkişafını izləməyə davam edir. Siyasi rəhbərliyin göstərişlərinə uyğun olaraq, İsrail Silahlı Qüvvələri bu bölgəyə zərbələr endirir və hadisələrin inkişafı ilə bağlı müxtəlif ssenarilərə hazırdır", - mətbuat qeyd edib.

***

Suriyanın paytaxtı Dəməşqdə güclü partlayış baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə SANA agentliyinə istinadən xəbər verir.

Agentlik qeyd edir ki, partlayışın səbəbləri hələlik məlum deyil.

Suriyanın sosial şəbəkələrində partlayışdan əvvəl paytaxt üzərində pilotsuz uçuş aparatlarının uçduğu barədə məlumat yayılıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…