Operativ Məlumat Mərkəzi

Daxili qoşunlar üçün odlu silahın tətbiqi ilə bağlı şərtlər müəyyənləşir

3 dəq
Paylaş:
Daxili qoşunlar üçün odlu silahın tətbiqi ilə bağlı şərtlər müəyyənləşir

Daxili qoşunların hərbi qulluqçuları tərəfindən odlu silahın tətbiqi şərtləri müəyyənləşdirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, yeni hazırlanan " Respublikasının daxili qoşunları haqqında" qanun layihəsində öz əksini tapıb.

Milli Məclisin Müdafiə, və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyası üzrə bu gün keçirilən ilk iclasında müzakirəyə çıxarılan qanun layihəsinə əsasən, odlu silahın edilmədən tətbiq edildiyi hallar və birdən-birə gözlənilməz hücum halı istisna olmaqla, odlu silah tətbiq edilməzdən əvvəl səslə və ya havaya atəş açmaqla silah işlədiləcək şəxsə xəbərdarlıq edilməlidir.

Bundan başqa, bir sıra hallarda daxili qoşunların hərbçiləri odlu silahı xəbərdarlıq etmədən tətbiq edə biləcək.

Belə ki, daxili qoşunların qulluqçuları mühafizə olunan obyektə, qarovula (qoşun naryadına) silahdan, döyüş texnikasından, xüsusi texnikadan və vasitələrindən istifadə etməklə törədilən basqın dəf etdikdə, silahlı müqavimət göstərən şəxsi zərərsizləşdirilərkən, cinayət törətmiş şəxs silahı ələ keçirməklə və ya ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxs nəqliyyat vasitələrindən istifadə etməklə mühafizə altından qaçdıqda xəbərdarlıqsız odlu silah tətbiq edə biləcəklər.

Eyni zamanda daxili qoşunların qulluqçuları odlu silahdan xəbərdarlıqsız azadlıqdan məhrum edilmiş şəxslər tərəfindən törədilən basqın dəf edildikdə, öz vəzifə borclarını icra edən daxili qoşunların və orqanlarının şəxsi heyətinin, məhkəmə və prokurorluq işçilərinin həyatına bilavasitə təhlükə törədən qərəzli hərəkətlər edildikdə, insan həyatına və sağlamlığına real təhlükə yaradan heyvan hücumunun qarşısı alındıqda, təhlükə və ya həyəcan siqnalı verildikdə də istifadə edə biləcəklər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax