Operativ Məlumat Mərkəzi

Daha on şəhid dəfn ediləcək

1 dəq
Paylaş:
Daha on şəhid dəfn ediləcək

Birinci müharibəsində itkin və şəxsiyyəti müəyyənləşdirilən daha on şəhidin dəfn ediləcəyi yer və tarix məlum olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Belə ki, iyulun 11-də Məmişov Şahin Talış , Paşayev Ələddin Bəhlul oğlu, Qarayev Usubəli Süleyman oğlu, Nemət Musa oğlu, Usubov Zakir Kamran oğlu Xocalı şəhəri Şəhidlər Xiyabanında dəfn ediləcək.

İyulun 12-də Baxışov İdris Osman oğlu Quba rayonu, Qənidərə kəndində, Muğan Gəray oğlu Füzuli rayonu, Çimən kəndində, Əliyev İmaməddin Əliağa oğlu Ağdaş rayonu, Pirəzə kəndində, Rəhimova Səfiyyə Müləzim qızı və Rəhimov Müsaddin Sədri oğlu Saatlı rayonu, Orta Muğan kəndində dəfn ediləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax