Operativ Məlumat Mərkəzi

Daha iki partiya üzv siyahısını yenidən Nazirliyə təqdim edib

1 dəq
Paylaş:
Daha iki partiya üzv siyahısını  yenidən Nazirliyə təqdim edib

"Dünən REAL partiyasının reyestri (5401 nəfər) Ədliyyə Nazirliyinə çatdı".

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, partiyanın sədri İlqar Məmmədov bildirib.

"Əvvəlki siyahımızda olanların çoxunun məlumatları elə əvvəldən düz idi, digərlərinə isə düzəlişlər etdik. yeni qeydiyyatdan keçmiş də əlavə olundu. 30 gün ərzində müsbət cavab alsaq, ondan sonrakı 90 gün ərzində yeni qanunda nəzərdə tutulduğu üçün qurultay keçirməliyik", - o qeyd edib.

Bundan başqa, Müsavat partiyası da üzv siyahısını yenidən Nazirliyə göndərib.

Partiya sədri Arif Hacılı qeyd edib ki, siyahıya nəzərən daha 1000 üzvümüzün adını siyahıya daxil etmişik.

Qeyd edək ki, hazırda qeydiyyatdan keçən yeganə partiya YAP-dır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax