Operativ Məlumat Mərkəzi

“Daha əvvəl razılaşma əldə edə bilərdiniz”

2 dəq
Paylaş:
“Daha əvvəl razılaşma əldə edə bilərdiniz”

Dünən Səudiyyə Ərəbistanında keçirilən və 4,5 saat davam edən tarixi zirvə toplantısında ABŞ və nümayəndə heyətləri müharibənin tez bir zamanda dayandırılması üçün işə başlamaq barədə razılığa gəliblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, ABŞ prezidenti Donald keçirərək Rusiya- müharibəsində baş verənləri və atəşkəs prosesini dəyərləndirib.

Tramp Səudiyyə Ərəbistanında ABŞ-Rusiya danışıqlarına dəvət edilməyən Ukrayna prezidenti Vladimir Zelenskini müharibəni dayandırmamaqda ittiham edib.

Səudiyyə Ərəbistanında danışıqların yaxşı başladığını və prosesin yaxşı gedəcəyinə ümid etdiyini bildirən Tramp müharibədə yüz minlərlə əsgərin öldüyünü və bunun indi bitməli olduğunu bildirib.

İclasda əvvəlki Co Bayden administrasiyasını günahlandıran Tramp, Ukraynanın Səudiyyə Ərəbistanında ABŞ-Rusiya danışıqlarına niyə dəvət edilməməsi ilə bağlı açıqlama verib.

“Bu gün eşitdim ki, “bizi dəvət etməyiblər” deyirlər. Üç ildir ordasınız, bunu üç il əvvəl bitirməliydiniz. Heç başlamalıydınız. Daha əvvəl razılaşma əldə edə . Mən Ukrayna üçün elə bir müqavilə bağlaya bilərdim ki, demək olar ki, bütün ərazisini onlara verərdim. Lakin onlar bunu belə etməməyi seçdilər. Baydenin bu məsələdə nə qədər yanlış etdiyi barədə heç bir fikri yoxdur. Çox pis və kədərlidir”, - deyə Tramp bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax