Operativ Məlumat Mərkəzi

Daha bir qadın prokurorluq əməkdaşı vəzifədə irəli çəkilib

1 dəq
Paylaş:
Daha bir qadın prokurorluq əməkdaşı vəzifədə irəli çəkilib

Daha bir qadın əməkdaşı vəzifədə irəli çəkilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, Kamran Əliyevin müvafiq əmrinə əsasən, Selcan Familzadə Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının , təhqiqat və -axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Selcan Familzadə 2016-cı ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunub. O, Ağsu rayon prokurorunun köməkçisi və Baş Prokurorluğun İstintaq idarəsinin böyük prokuroru vəzifələrində işləyib.

Prokurorluq orqanlarında gender bərabərliyi nəzərə alınmaqla gənc, peşəkar və savadlı kadrların komplektləşdirilməsi bundan sonra da həyata keçiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax