Operativ Məlumat Mərkəzi

Daha 7 itkin şəhidin dəfn mərasimi keçiriləcək - FOTO

1 dəq
Paylaş:
Daha 7 itkin şəhidin dəfn mərasimi keçiriləcək - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən daha 7 şəxsin meyit qalıqları dəfn ediləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.

Qeyd edilib ki, hərbçilər Camalov Elman Hüseyn oğlunun, Əbilov oğlunun, Hüseynov Cavanşir Ərşad oğlunun və Şirinov Tahir Şirin oğlunun meyit qalıqları rayonu, Mehdiabad qəsəbəsində Şəhidlər xiyabanında, hərbçi İbrahimov Camaləddin İbad oğlunun cənazəsi Bakı şəhəri, Suraxanı rayonu, Əmircan kəndində, hərbçi Yarıyev Qənbər Teymur oğlunun meyit qalıqları Salyan rayonunun Şəhidlər xiyabanında, Zeynalova Təranə (Əsmayə) Davud qızının meyit qalıqları isə Bərdə şəhəri, Şəhidlər xiyabanında dəfn olunacaq.

Dəfn mərasimləri sabah baş tutacaq.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Qarabağ

Hamısına bax