Operativ Məlumat Mərkəzi

Dağlıq ərazilərdə qarın yarada biləcəyi fəsadlar aradan qalxmayıb

2 dəq
Paylaş:
Dağlıq ərazilərdə qarın yarada biləcəyi fəsadlar aradan qalxmayıb

Sinoptiklərin məlumatına görə ölkənin və dağətəyi rayonlarında qarlı və şaxtalı hava şəraitinin fevralın 21-dək davam edəcəyi gözlənilir. Xüsusilə səhər və axşam saatlarında havanın dumanlı, çiskinli olması, də yol örtüyünün buz bağlaması avtomobillərin hərəkətini çətinləşdirməklə yanaşı, sürüşmə ehtimalını da artırır.

DİN-in Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, belə yol şəraiti mövsümə uyğun təchiz edilməmiş, xüsusilə şinləri tələblərə cavab verməyən avtomobillərin sürücüləri üçün daha təhlükədir. “Unutmaq olmaz ki, avtomobil sürüşməyə başladıqda adətən sürücülərdə hissi yaranır ki, bu da idarəetmənin, ətraf mühitə reaksiyanın itirilməsinə və nəticədə toqquşma, aşma, və ya maneəyə vurma kimi qəzaların baş verməsinə zəmin yaradır.

Dəyərli sürücülər! İnanırıq ki, yol və , sürət həddi, avtomobillərin qışa hazırlıq səviyyəsi, eləcə də sizin təhlükəsizliyiniz üçün verilmiş digər tövsiyələrə əməl etməklə qış fəslinin gətirdiyi çətinliklərin öhdəsindən gələcək, doğmalarınıza nigaranlıq hissi yaşatmayacaqsınız”, - nazirlikdən bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax