Operativ Məlumat Mərkəzi

İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü və Serb Respublikasının Prezidenti ilə görüşüb - YENİLƏNİB

2 dəq
Paylaş:
İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü və Serb Respublikasının Prezidenti ilə görüşüb - YENİLƏNİB

Avqustun 20-də Budapeştdə Respublikasının Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinanın Heyətinin üzvü xanım Jelka və Serb Respublikasının Prezidenti Milorad Dodik ilə görüşü olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüşdə İlham Əliyevin bu ilin aprelində Bosniya və Herseqovinaya rəsmi səfəri və səfər zamanı aparılmış müzakirələrin önəmi vurğulanıb, həmin səfər çərçivəsində Azərbaycan ilə Bosniya və Herseqovina arasında strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzalanmasının önəmi qeyd edilib.

Bəyannamədə qarşıya qoyulan vəzifələrin hazırda həyata keçirilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.

Söhbət zamanı münasibətlərimizin hərtərəfli inkişafından məmnunluq ifadə olunub, iqtisadi-ticari əlaqələrin və energetika sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib. Xüsusilə enerji sahəsində məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb, ölkələrimizin aidiyyəti nazirlikləri və təşkilatları arasında bu sahədə görüşlərin keçirildiyi bildirilib, qarşıya qoyulan iqtisadi və investisiya layihələrinin reallaşdırılması üzrə müzakirələrin aparıldığı qeyd olunub.

17:49 ***

Avqustun 20-də Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç və Serb Respublikasının Prezidenti Milorad Dodik ilə görüşü olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax