Operativ Məlumat Mərkəzi

COP29-un "Yaşıl Zona"sı noyabrın 11-də fəaliyyətə başlayacaq, ictimaiyyətə açıq olacaq

2 dəq
Paylaş:
COP29-un "Yaşıl Zona"sı noyabrın 11-də fəaliyyətə başlayacaq, ictimaiyyətə açıq olacaq

" Zona" öz fəaliyyətinə noyabrın 11-də başlayacaq və ictimaiyyətə açıq olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Tərəfdaşlarla sektorunun Leyla Mahmudova söyləyib.

Onun sözlərinə görə, "Yaşıl Zona"nın ümumi ərazisi 37 min 500 kvadratmetrdir:

"Burada 56 ədəd pavilyon, həm xarici, həm yerli şirkətlərə, eləcə də dövlət sektorlarına məxsus vahid stendlər olacaq".

Sektor müdiri bildirib ki, ərazidə dörd ədəd konfrans otağı var:

"Onlardan biri 200, digəri isə 370 nəfərlikdir. Burada 18 ədəd ikitərəfli görüşlər üçün otaqlar, üç min nəfərlik yemək zonası və “Ekstrem Hənqaut” ərazisi olacaq. Bu Zonada həm QHT, həm xarici, həm yerli şirkətlər və dövlət qurumlarının gündəlik tədbirləri təşkil ediləcək. Bu tədbirlər hamısı və dayanıqlıqla bağlı mövzulara aid olacaq”.

L.Mahmudova vurğulayıb ki, artıq “İticket” platformasında "Yaşıl Zona"ya daxil olmaq üçün pulsuz biletlərin verilməsinə başlanılacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: COP29

Hamısına bax