Operativ Məlumat Mərkəzi

Çinin Azərbaycana yeni təyin olunmuş səfiri Bakıya gəlib

2 dəq
Paylaş:
Çinin Azərbaycana yeni təyin olunmuş səfiri Bakıya gəlib

Çinin Azərbaycana yeni təyin Lu Mey aprelin 14-də diplomatik vəzifəsinin icrasına başlamaq üçün Bakıya gəlib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Çin Səfirliyindən məlumat verilib.

Diplomat qarşılanma mərasimində ölkələrimizin təkcə səmimi və etibarlı dost deyil, həm də bərabərhüquqlu tərəfdaş olduğunu diqqətə çatdırıb.

Lu Mey ölkəsini iki ölkə liderinin strateji rəhbərliyi altında ikitərəfli əməkdaşlığın bütün istiqamətlərdə inkişaf etdiyi dövrdə Azərbaycanda təmsil etməkdən şərəf duyduğunu açıqlayıb.

Səfir dövlət başçıları arasında əldə edilmiş mühüm razılaşmalara riayət etməyə və praqmatik əməkdaşlığın inkişafı, xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, eləcə də Çin- strateji tərəfdaşlığının yeni səviyyəyə qaldırılması məqsədilə Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin nümayəndələri ilə sıx etməyə hazır olduğunu da bildirib.

Qeyd edək ki, Çinin Azərbaycandakı səfiri vəzifəsini Qo Min tutub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax