Operativ Məlumat Mərkəzi

Çində baş verən yanğın nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb - YENİLƏNİB

2 dəq
Paylaş:
Çində baş verən yanğın nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb - YENİLƏNİB

Çinin şimalındakı Şansi əyalətinin şəhərində kömür zavodunun binasında baş verən yanğın nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Daha əvvəl 11 nəfərin və 51 nəfərin yaralandığı barədə məlumat verilmişdi. Yanğın vaxtla saat 06:50-də baş verib. Xilasetmə işləri davam edir. Yanğının başvermə səbəbləri araşdırılır.

***

Çinin şimalındakı Şansi əyalətinin Lyulyan şəhərində kömür zavodunun binasında baş verən yanğın nəticəsində azı 11 nəfər ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi şəhərin fövqəladə hallar idarəsinə istinadən məlumat yayıb.

Çin Mərkəzi Televiziyası isə bildirib ki, 63 təxliyə edib, onlardan 51 nəfəri xəstəxanaya çatdırılıb.

Xilasetmə işləri davam edir. Yanğının başvermə səbəbləri araşdırılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax