Əsas məzmuna keç

Cinayət işinin başlanmasının rədd edilməsinə dair yeni hal müəyyənləşib

Cinayət işinin başlanmasının rədd edilməsinə dair yeni hal müəyyənləşib

bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət-Prosessual Məcəlləyə edilən yeni – 212.5-ci maddədə əksini tapıb. Məcəlləyə əsasən, icraatında mülki...

Cinayət işinin başlanmasının rədd edilməsinə dair yeni hal müəyyənləşir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, İlham Əliyevin təsdiqlədiyi Cinayət-Prosessual Məcəlləyə edilən yeni – 212.5-ci maddədə əksini tapıb.

Məcəlləyə əsasən, icraatında iş, kommersiya və ya inzibati mübahisələr üzrə, yaxud inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin iş üzrə şəxsin əməllərində cinayətin əlamətlərini aşkar etdikdə, bu barədə Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq qəbul etdiyi xüsusi qərardadı və ya məhkəmədə olan materialları araşdırmaya prosessual rəhbərliyi həyata prokurora göndərməlidir. Göndərilmiş xüsusi qərardad və ya materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında ləğv edilməmiş qərar olduqda, həmin məsələ bu Məcəllənin 212.4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada həll ediləcək.

Qeyd edək ki, Cinayət-Prosessual Məcəllənin 212.4.1-ci maddəsinə əsasən, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokuror göstərilən qərarı ləğv edir, 10 (on) gündən artıq olmayan müddətdə əlavə yoxlama keçirilməklə və yaxud keçirilməməklə cinayət işinin başlanması haqqında qərar qəbul edir və onu ibtidai istintaqın aparılması üçün müstəntiqə göndərir, yaxud cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarı dəyişdirilmədən saxlayır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…